Magazin1
Səidə Sultan müğənniləri bir-birinə QATDI: “Qıdıqlamadı da...” - – VİDEO
“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının növbəti qonağı müğənni Səidə Sultan olub.
Publika.az xəbər verir ki, sənətçi onluqda olan müğənniləri bir-birinə qatıb. Belə ki, sıralamaya başlayan ifaçı ilk olaraq bəstəkar Faiq Sücəddinovun onluqda olan iki mahnısını bəyənməyib.
Müğənni Sevda Yahyayevanın “Sən ola-ola” mahnısını sonuncu pillədə qərarlaşdırıb:
“Sevda həmişə sakit insan olub. Amma sakitlər də saman altdan su yeridən olur. Onun bu mahnısını sevmədim. Mahnıya cəmi bir dəfə qulaq asaram. Faiq müəlim axır vaxtlar şou-biznesə yaman mahnılar verir. Bəs mənə niyə birini vermirsən, ay kişi? Mahnı var ki, qulaq asırsan adamı qıdıqlayır. Bu, məni qıdıqlamadı. Doqquzuncu yerdə Zülfiyyə Xanbabayeva olsun. Zülfiyyə xanım, buna görə məndən küsəcəksiniz? Siz də gələn dəfə mənim klipimi axırıncı edərsiniz. Bəlkə mənim qulaq zövqüm dəyişib”.
Səidə Sultan Əməkdar artist Röya Ayxanın “Səndən başqa” mahnısını da bəyənmədiyini söyləyib:
“Biz rəfiqə deyilik, dost olmamışıq. Bir-birimizə həmişə böyük hörmətimiz var. Röyaya deyəndə ki, mahnın xoşuma gəlmir, xətrinə dəyir. Qıdıqlamadı da... neyləyim ki?”
Sonda isə S.Sultan Mananı onluqdan uzaqlaşdırıb:
"Manana, bacı, istəyirsən məndən küs. Bu ifanı sənə yaraşdırmıram. “Baby-face” olan biri oxusaydı, ona yaraşardı. Nə vaxtdır ki, Manana xanım da hit oxumur. “Bacıcan, bağışla”.
Pərviz Hüseyn
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri