Magazin1
Tolikdən Röyanın sərt sözlərinə REAKSİYA: “İt hürər, karvan keçər”
Tanınmış prodüser Tarix Əliyev Əməkdar artist Röya Ayxanla müğənni İradə İbrahimova arasındakı qalmaqala münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bitərəf qalmaq istəsə də, bunu bacarmadığını bildirib:
“Yuxudan duran kimi görürəm ki, İradə İbrahimovanın səhifəsində bəzi evdə qalmışlar, bədbəxt həkimlər, feyk profillər məni şərhlərdə işarələyiblər. Şərhlərdə yenə Röyanın arxasınca danışırlar. Düzdür? cavablarını verirəm. Sağ olsun, İ.İbrahimova da şərhləri silmir. Amma bir şeyi anlamırlar ki, əgər Röya İradənin şəklini paylaşsa, ora status yazsa, 10 min rəy gələcək və onun 9 mini İradəni pisləyəcək.
Bir də ki, hamı düzgünlükdən danışır. Niyə Röyanı tərifləyənlər bloka gedir? Mənim səhifəm demokratikdir, ürəyinizdə nə varsa, yazın. Amma etikadan çıxmayın. İstədim bitərəf olum, alınmadı. Röya səhifəsində yox, “history” bölməsində paylaşmışdı. Görən görüb, bilən bilir. İndi guya İradənin səhifəsində 890 nəfər Röyanı pisləyibsə nə olacaq? İt hürər, karvan keçər. Mən də o karvanı heç vaxt yalnız buraxmayacam. Çünki hər zaman eyni mövqedə olmuşam”.
Pərviz Hüseyn
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi