Magazin1
Azərbaycanlı aparıcı transparan paltarı ilə diqqət mərkəzində - FOTO
Azərbaycan təmsilçiləri “Sinemanın kral və kraliçası” seçilməyib.
Publika.az xəbər verir ki, İstanbulda keçirilən Türkiyənin məşhur “Sinemanın kral və kraliçası” layihəsinin 2018-ci ilin finalçıları bəlli olub. Tanınmış sənətkarların və peşəkarların münsifliyi ilə baş tutan Qala gecəsində Türkiyənin Anadolu liseyinin tələbəsi 18 yaşlı Can Altıntaş “Kral”, 20 yaşlı Aslı Can isə “Kraliça” adını qazanıb.
Azərbaycanı müsabiqədə təmsil edən Pərvin Həsənzadə və Pərviz Musayev yer tuta bilməyib. Hər iki gənc bildirib ki, digər finalçılarla birgə düşərgədə qaldıqları müddətdə Ayça Kurudan imic, zəriflik, yerimək-durmaq dərsləri alıb, rejissor Avni Kütükoğlundan aktyor və aktrisalığın sirlərini öyrənib və tamaşalarda fəal iştirak ediblər.
Selin Aksu və Yavuzhan Buğra Yüksel ikinci, Meltem Avşaroğlu, Sacit Süer və Ali Yağız Durmuş üçüncü yerə sahib olub. Sosial şəbəkədən toplanan ballara əsasən isə Edip Çağatay və Berfin Anastasiya “Sosial Media gözəli” seçilib.
Kino və serial sektoruna yeni üzlər qazandırmağı hədəf alan müsabiqənin final gecəsi “Wow İstanbul Hotel & Convention Center”də reallaşdılıb. “Sinemanın Kral və kraliçası” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Əyyub qızının sözlərinə görə, baxmayaraq ki, Azərbaycanlı finalçılar yer tutmayıb, bu müsabiqə onlar üşün bir təcrübə olub:
“İnşallah biz növbəti yraışlara daha ciddi hazırlaşacağıq. Və güman edirəm ki, bizim gəncləri növbəti illərdə “Sinemanın Kral və kraliçası” seçiləcəklər. Sözsüz ki, növbəti illərdə gənclərimiz daha ciddi hazırlaşacaq”.
Onun sözlərinə görə, ən azı Pərvin Həsənzadə və Pərviz Musayev bu müsabiqədə çox şey öyrənib, bu da onların peşəkarlığına bir dəstək olub.
Məşhur aparıcı qala gecəsinə xüsusi hazırlıq gördüyünü gizlətməyib. Vüsalə Səid filan günü üçün bir tərəfi transparan libas seçib. O, görüntüsü ilə bütün diqqəti üzərinə toplaya bilib.
Xatırladaq ki, bu ilin yanvar ayının 21-də Bakıda keçirilən seçimlərdə 1-ci yeri tutan Səhər Əkbər və 2-ci yerin qalibi Nərmin Seyidova qaydalara əməl etmədiyi üçün müsabiqədən kənarlaşdırılıb. “Miss Fashion”da iştirak etmək üçün seçilən Pərvin Həsənzadə və Bakı üzrə müsabiqənin 1-cisi Pərviz Musayevlə birgə Azərbaycanı təmsil edib. Ötən əsrin 70-ci illərinin “Səs” və “Həyat” jurnalları tərəfindən təşkil edilən, Yeşilçama bir çox aktyor və aktrisa qazandıran “Artist müsabiqəsi” bu gün “Sinemanın Kral və Kraliçası adı altında 2 ildir həyata keçirilir.
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO