Keçmiş ərindən aparıcı Vüsalə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM - FOTO
Bizi izləyin

Magazin1

Keçmiş ərindən aparıcı Vüsalə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM - FOTO

Aparıcı Azər Zahid birinci həyat yoldaşı və həmkarı Vüsalə Əlizadəyə jest edib.

Publika.az xəbər verir ki, aparıcı instasqramda keçmiş xanımı ilə şəklini paylaşıb. Onun sözlərinə görə, bu şəkil onun peşmançılığını ifadə etmir:

“Əvvəlcədən xəbərdarlıq edim! Bu şəkili paylaşıram, lakin kim kiminsə üçün darıxır, ay nə bilim sevir və ya peşmandır kimi boş-boş yazılar və fikirlər yazmayın! İnternetdə min ədəd belə şəkillər var! Sadəcə arxivdən tapdım və paylaşmaq istədim. Övladımın anasıdır, odur ki, rəylərə diqqət edin, fotoya hörmətlə yanaşın!”.

Sonda Vüsalə Əlizadənin adını işarələyən A.Zahid “Vüsalə, gör hansı şəkli tapmışam” deyə qeyd edib. V.Əlizadə isə Azərin paylaşımına heç bir reaksiya verməyib.

Məlumat üçün bildirək ki, Vüsalə Əlizadədən bir qızı övladı olan aparıcı Azər Zahid 2016-cı ildə ikinci dəfə Nəcibə adlı xanımla ailə qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm