Fatimə Renkadan DANIŞDI: "Bir şey olan kimi..." - VİDEO
Bizi izləyin

Magazin1

Fatimə Renkadan DANIŞDI: "Bir şey olan kimi..." - VİDEO

ARB Ulduz-un “Virtual həyat” verlişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Publika.az xəbər verir ki, Rəqqasə ilk olaraq həmkarı Renkaya hər zaman dəstək olmasından danışıb:

“Bir şey olan kimi Renka mənə zəng vurur. Fatimə, səncə, mən cavab verim? Deyirəm ki, Renka başını sal aşağı, işinlə məşğul ol! Cavab verəcəksən, söhbət uzanacaq. Sən onsuz da qalmaqalsız tanınıbsan. Renkada elə bir nüans var ki, o başqa rəqqasələrdə heç vaxt olmayacaq”.

Fatimə həyata keçirmək istədiyi böyük layihədən də söz açıb:

“Demişdim ki, aprel ayında solo konsertim olacaq. Ancaq buna vaxt lazımdır. Bəstəkar Nailə Mirməmmədli mahnı hazırlayır. Hazır olandan sonra klip çəkiləcək. Rəqs kompozisiyası qurulacaq. Tək olmayacam. Yanımda rəqqas və rəqqasələr olacaq. Tam açıqlamaq istəmirəm. Böyük layihədir. İstəyirəm ki, konsertimi də yeni kliplə açıq elan edim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm