Magazin1
Nəzakət Teymurova heç vaxt ifa etmədiyi mahnılarla Yaşıl Teatrı HEYRAN QOYACAQ
“Repertuarda demək olar ki, heç vaxt ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın bəstələri və aşıq mahnılarıdır. Demək olar ki, janrı tamamilə dəyişmişik.
Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyəm. Bu vaxta kimi muğam konsertlərim, kamera orkestrı ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnıları yeni tərzdə təqdim edəcəyik. Aparıcı barədə hələ düşünməmişik. İmicimə gəldikdə isə stilist Elnur Həsənova müraciət etmişəm”.
Publika.az xəbər verir ki, bu sözləri N.Teymurova 20 iyun Yaşıl Teatrda baş tutacaq musiqi gecəsi haqqında danışarkən deyib.
Xalq artisti solo konsertlərdə duet ifa edənlər haqda da fikir bildirib:
“Düşünürəm ki, solo konsert sırf səbəbkara aid olan gecədir. Ona görə də istəyirəm ki, tək olum. Bu, həm də ifaçının, xanəndənin potensialından asılı olan bir şeydir. Dostlarımız var ki, konsert edir və bir çox həmkarlarını toplayırlar. O zaman konsert verən ifaçının üzərinə güc düşmür. Rahat olur”.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi