Magazin1
Pərviz Bülbülədən qəzaya düşən Türkana ağır ZƏRBƏ - VİDEO
ARB TV-nin “Səhər-səhər” proqramının komandası qəzaya
düşən Türkan Vəlizadə və Zeynəb Həsənin son vəziyyətləri ilə bağlı
xəstəxanaya üz tutublar.
Publika.az xəbər verir ki, çanaq sümüyü sınan
Zeynəb Həsəni sağlıq durumundan özü danışıb:
“Hələ ki, bir neçəmüddət yerimək mümkün olmuyacaq. Həkimlərin
nəzarəti altındayıq. İynələr, sakitəşdirici, ağrıkəsicilər....
Hadisə çox yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı.
Mən idarə edirdim avtomobili. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox
yerdəyişmə olmadığına görə, gipsə ehtiyac olmadı. Türkana da mənə
də ayaq üstə durmaq və hərəkət etmək üçün iki ay müddət qoyublar.
Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq.
Soruşur ki, ağrımırsan? Deyirəm yox. Birdən elə olur ki, ikimiz də
ağlayırıq. O mənə, mən də ona deyirik ki, ağlama. Biz ancaq deyib
gülə bilərik. Mübahisə ola bilməz”.
Zeynəbdən fərqli olaraq “Səhər-Səhər” komandası Türkanla görüşə
bilməyib. Buna səbəb isə Türkanın vəziyyətinin Zeynəbdən daha ağır
olmasıdır. Hər iki müğənninin ziyarətinə Xatun, Hacı Nazim, Vasif
Əzimov, Damla, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Ruhəngiz
Allahverdiyeva, rəqqasə Fatimə, Sevil, Sevinc bacıları, Ağamirzə,
Əbdülxalid və bir çox məhşurlar gəlib.
Zeynəb Həsəni insanları belə günlərdə tanımaq olduğunu
deyib:
“Şad gündə hamı gəlib oynayır. Amma belə günlərdə insanlar tanınır.
Mənim yanıma Türkan gəlməsə idi, gözüm yolda qalardı və ya mən
gəlməsəydim, onun gözü yolda qalardı”.
Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan
Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə
avtomobil qəzasına düşüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti
olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb
Həsənlinin isə çanaq sümüyü sınıb.
Meyxanaçı Pərviz Bülbülə ARB TV-nin "Səhər-Səhər" verilişinə telefonla bağlanaraq qəzaya düşən duet ortağına baş çəkməməsi haqqında bunları deyib:
"Heç birimiz zəngin deyilik. Allahın verdiyi ruzi ilə qənaətbəxşik. Amma Türkan xanım bu gün xəstəxanada öz problemlərini aradan qaldıra biləcəyi qədər madiyyat qazana bilmirdisə, o Pərvizlə oxumazdı, başına çarə qılardı. Şükür Allaha, maddi durumu da yaxşıdır, vəziyyəti də yaxşıdır. Mən də fürsətdən istifadə edib müalicə alıram. Amma Bodrumda yox, Azərbaycandayam. Öz ərazimizdəyəm. Sadəcə, bir az şəhərdən kənardayam".
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO