Günaydan fərqli klip - Tramvay, metro, tank... - VİDEO
Bizi izləyin

Magazin1

Günaydan fərqli klip - Tramvay, metro, tank... - VİDEO

Tanınmış müğənni Günay İbrahimli fərqli tərzdə kamera qarşısına keçib.

Publika.az xəbər verir ki, son zamanlar geyimləri və maraqlı obrazları diqqət çəkən ifaçı yeni klip çəkilişi üçün Ukraynaaya yollanıb. Üç günlük səfər zamanı rejissor Fərhad Əli və xarici komanda ilə birgə “Can atma” adlı ritmik mahnınısı ekranlaşdırıb. Layihə üzərində böyük bir heyət çalışıb. Çəkilişlər Kiyev şəhərində (metro, tramvay, köhnə zavod, körpü, tank üzərində) reallaşıb. Sənətçinin bu dəfə obrazı üzərində dizayner Nigar Atakişizadə çalışıb və Günay üçün dörd geyim hazırlanıb. Bundan əlavə, ekran işində İbrahimli maraqlı rəqsi ilə də diqqət çəkib. Müğənninin klipi bir neçə dəqiqə bundan əvvəl rəsmi “Youtube” səhifəsində yerləşdirilib.

Bu məqamda bildirək ki, “Can atma” adlı mahnının sözləri Aydan Xəndana, musiqisi İsmayıl Əsədova məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm