Emin Eminzadə yeni klipini təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Emin Eminzadə yeni klipini təqdim etdi - VİDEO

Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laureatı, prezident mükafatçısı Emin Eminzadə"Treasure Me" ("Qədrimi bil") mahnısının klipini məşhur "Netd müzik" türk musiqi platformasında təqdim edib.

Publika.az xəbər verir ki, Emin Eminzadə bu mahnının sadəcə sevgidən bəhs etmədiyini, eyni zamanda rəqs etmək üçün əla ritmləri olan musiqi olduğunu deyib. Mahnının musiqisi və sözləri gənc müğənninin özünə məxsusdur. Klipin rejissoru Habil Quliyevdir, operatoru Fransada təhsil alan və hazırda orada işləyən Orxan Abbasovdur. Klipdə məşhur model Diana Katova yer alıb.

Xatırladaq ki, Emin Eminzadə Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib. O hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və təhsil alıb. Hal-hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm