Dihaj “Dəşti təsnifi”ni elektron tərzdə ifa etdi - VİDEO
Bizi izləyin

Magazin1

Dihaj “Dəşti təsnifi”ni elektron tərzdə ifa etdi - VİDEO

“Bu, xalqımın demək olar ki, milli musiqisidir və çox gözəldir. Psixoloji səviyyədə belə dərin səsə görə sağ olun. Axır ki, bunu etdim. Mahnı hazırdır. Düzü, heç bilmirəm bunu etmək niyə bu qədər çətin oldu”.

Publika.az xəbər verir ki, bu sözləri “Eurovision 2017” təmsilçimiz Diana Hacıyeva (Dihaj) rəsmi feysbuk səhifəsində yazıb. Yeni mahnısını təqdim edən müğənni musiqisi və sözləri Xalq artisti Əlibaba Məmmədova aid “Dəşti təsnifi”ni elektron tərzdə səsləndirib.

Xatırladaq ki, eyni mahnı Əlibaba Məmmədov, Rübabə Muradova, Faiq Ağayev, Məmmədbağır Bağırzadə, Eyyub Yaqubov, Ahmet Kaya kimi sənətçilərin ifasında da səslənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm