Xalq artisti səssizliyini pozdu: "Gündəmə baxıram... "
Bizi izləyin

Magazin1

Xalq artisti səssizliyini pozdu: "Gündəmə baxıram... "

Xalq artisti Zülfiyyə Xanbabayeva son bir neçə gündür Azərbaycan mətbuatında və cəmiyyətdə böyük səs-küy yaradan üç qızın məlum videosu haqqında danışıb.

Publika.az xəbər verir ki, televiziyalarda gec-gec görünən sənətçi belə xəbərlərdən yorulduğunu və daha nikbin hadisələrin şahidi olmaq istədiyini deyib:

"Gündəmə baxıram... Başqa dəyərləri görmək istəyirəm. Tanrının bizə bəxş etdiyi bu gözəl həyatın dəyərini bilənləri görmək istəyirəm. Həyat çox gözəldir... Gözəllikləri yaradanları və onu görənləri, yaxşılıq edənləri və dəyərini bilənləri görmək istəyirəm. Həyatı sevgi dolu, düzgün əməllərlə yaşayanları görmək istəyirəm! Sevməyin özünü sevənləri görmək istəyirəm...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm