• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Brilliant Dadaşovadan Aftandil İsrafilovun qalmaqallı VİDEOSUNA SƏRT REAKSİYA: "Təcavüzə..."

  • Magazin1
  • 3 Aprel 2019 11:40
  • 8 496 Baxış
Brilliant Dadaşovadan Aftandil İsrafilovun qalmaqallı VİDEOSUNA SƏRT REAKSİYA: "Təcavüzə..."

"Bir vaxtlar verilişlərə Mirzə Babayevlə çıxmaq üçün çoxları ilə - aparıcı, redaktor, rejissorlarla dava döyürdüm. Çox vaxt əlaqəsi olmayan səbəblər gətirirdilər. Hətta Mirzə dayı olmadan efirə çıxmaqdan imtina edirdim, bir çox redaktor və rejissorlarımız şahiddir. Çünki böyüklərimizə dəyər vermək lazımdır. Sonra iş elə gətirdi ki, Mirzə dayısız bir proqrama da getmirdim”.

Publika.az xəbər verir ki, bu sözləri Brilliant Dadaşova şəxsi instaqram səhifəsində Xalq artisti Aftandil İsrafilovun sosial şəbəkələrdə dostları ilə zarafatlaşarkən çəkilən videosu haqqında danışarkən deyib:

“Hamımız bilirik ki, Azərbaycanda kişi toylarında qadınlar iştirak etmir. Aftandil İsrafilovun kişi məclisindən bir videosu yayılıb. Aftandil bəy öz dostları arasında ona edilən zarafata senzuradan uzaq sözlə cavab verib. İnstaqramda o videonu qeyri-pəşəkar jurnalist paylaşaraq "Xalq artistimizə baxın" sözlərini yazıb. Nə demək istədiyini anlamağa çalışıram. Aftandil İsrafilov bütün Qafqazda qarmon ustalarının ustadıdır. Öz dostları arasında olan zarafatı İnstaqrama yerləşdirməklə nə etmək istəyirlər? Bunu anlayandan sonra artıq bu mövzuya qayıtmayacam. İnanıram ki, ziyalılarımız milli dəyərlərimizə qarşı olan təcavüzə biganə qalmayacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR