Magazin1
Pərvin Abıyevanın bədəninə CİN GİRDİ - QORXUNC VİDEO
Türkiyəyə köçən azərbaycanlı aktrisa Pərvin Abıyeva qorxu janrında çəkilən filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Filmin ssenarisinə əsasən aktrisanın bədəninə cinlər daxil olur.
Publika.az xəbər verir ki, bu barədə aktrisa özü instaqramda məlumat yayıb. Ulduz bildirib ki, film Azərbaycan və Türkiyənin ortaq istehsalı ilə lentə alınıb. “Astral səyahət” adlanan ekran işi may ayında həm Azərbaycan, həm də Türkiyə kinoteatrlarında təqdim olunacaq.
Pərvin Abıyeva layihədə əsas rollardan birini ifa edir. Qorxu janrında çəkilən filmdə Büşra Acar, Elif Çapkın, Kübra Kılınckaya, Çağdaş Tekelioğlu, Murad Dada və başqaları rol alıb. Layihənin rejissoru Hasan Gökalpdır.
Film üç rəfiqənin Aslı, Ece və Çiğdemin astral səyahət ilə maraqlanmağa başladıqdan sonra başına gələn dəhşətli hadislərdən danışır. Astral səyahəti sınaqdan keçirmək istəyən gənc qızlar bir müddət çalışdıqdan sonra nəhayət məqsədlərinə çatır. Ruhlarını bədənlərindən ayırmağı bacaran qızlar dünyanın müxtəlif nöqtələrində yeni kəşflər edir. Yaşadıqları təcrübədən sonra tez-tez astral səyahət etməyə başlayan qızlar bir gün heç gözləmədikləri hadisə ilə qarşı-qarşıya qalır. Astral səyahət zamanı paranormal hadisələr yaşayan Aslı bu vəziyyətin təsirindən çıxa bilmir. Yaşadığı qorxu yalnız ona təsir etmir, bir müddət sonra Aslı və Çiğdemlə də eyni hadisə baş verir. Qara cadunun təsiri altına düşən qızlar özlərini cindən xilas etmək üçün yeni bir astral səyahətə başlamağa qərar verir. Aslı, Ece və Çiğdemin bədənlərinə girən cindən xilas olub, ola bilməyəcəyi isə sual altında gizlənib. Bu suala filmi izlədikdən sonra cavab tapa biləcəksiniz.
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
























.jpg)










.jpg)