Amerikada yaşayan məşhur: “Müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının...”
Bizi izləyin

Magazin1

Amerikada yaşayan məşhur: “Müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının...”

“Savadlı olmaq lazımdır ki, müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının sualına etiraz edib başqa müqayisədən istifadə edəsən. Əgər səhnədə belə müğənnilər öndə dayanıb, başqa həmkarlarını bu cür müqayisə ilə şərh edirsə, heç cavab verməyə dəyməz".

Publika.az xəbər verir ki, bu sözləri “Yeni Ulduz- 4”ün qalibi, müğənni İlhamə Qasımova sosial şəbəkədə müğənni Niyam Salaminin və aparıcı Zaur Kamalın ünvanına yazıb. O, Niyam Salaminin bir neçə gün bundan əvvəl “5-də 5” proqramında “Yeni ulduz”çuları çör-çöp adlandırmasına sərt münasibət bildirib.

Uzun müddətdir Amerikada yaşayan müğənni sosial şəbəkədə həmkarının fikrinə etiraz edib:

"Uşaqlarımızın istedadlı olması üçün “Eurovision” yarışması və dünya səhnəsi lazım deyil, onların “Yeni Ulduz”da çörək pulunu güclə qazanan xalqımız tərəfindən pul xərclənərək, səs göndərilib, önə gətirilmələri daha vacibdir. Mən azərbaycanlıyam və səs vermiş insanların gücünə səhnəyə gəlmişəm və digər uşaqlar da həmçinin. Yarışmada olmayan sənətkarlarımız da xalqın sevgisi ilə fəxri adlara layiq görülüblər. Onlar kötük, yaxud çör-çöp deyillər. Onları belə adlandırmaq xalqımıza hörmətsizlikdir”.

Xatırladaq ki, Niyam proqramın aparıcısı Zaur Kamalın “Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir” sualına “Sənətkarlar, Xalq artistləri, Əməkdar artistlər, ənkələr kötükdür, “Yeni ulduz”dan çıxanlar isə çör-çöplərdir” cavabını vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm