Magazin1
Ağır vəziyyətdə olan Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR
Həkimlər mənə səhhətim haqqında heç nə demirlər, amma görürəm ki, vəziyyətim pisdir, ölümcül haldayam.
Bu sözləri Kult.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadə deyib. O, son günlər səhhətində yaranan problemlər barədə danışıb:
“Hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındayam. Bir neçə gündə nə qədər xəstəxana gəzmişəm. Vəziyyətim çox gərgindir. Neçə gündür ölümcül vəziyyətdə xəstəxanada yatıram, vəziyyətim gərginləşir. Öd kisəmdə problemlər var, mədəmdə yaralar əmələ gəlib. Müalicəm davam edir. Dörd saatdır ki, uzanmışam, yeriyə bilmirəm. Demək olar ki, o Yalçından əsər-əlamət qalmayıb”.
Xalq artisti özünə qarşı olan laqeyd münasibətdən gileylənib:
“Məni məhv edən bu xəstəlik yox, şəxsimə qarşı olan diqqətsizlikdir. Mən bütün həyatımı Azərbaycan xalqına, musiqisinə, mədəniyyətinə xərcləmişəm. Hesab edirəm ki, buna qarşılıq da olmalıdır. Hazırda mən özümü kimsəsiz, heç kimə lazımsız sənətkar hesab edirəm. Çünki bir neçə gündür ordan-ora gedirəm. Cəmi bir neçə dostum gəlir. Mən diqqətdə olan sənətkar idim. Belə kimsəzilik, biganəlik... Allah mənə ömür versə, yaşasam, bundan sonra da şərəfli yaşamağa çalışacağam. Mən indi heç kimə lazım deyiləm”.
Qeyd edək ki, bundan əvvəl Trend Yalçın Rzazadənin səhhətinin pisləşdiyini yazmışdı.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."