Zamiq yeni layihəsini təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Zamiq yeni layihəsini təqdim etdi - VİDEO

Bu gün müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, o, musiqisi özünə, sözləri İsmayıl Əsədova məxsus "Maya naqrada" adlı mahnını ekranlaşdırmaq qərarına gəlib. Zamiq bu dəfə iki obrazda kamera qarşısına keçib. Sənətçi geyimlərinin dizaynını özü verib, paltarlar bir ay ərzində ifaçı üçün özəl tikilib.

Bunda əlavə, Zamiq ekran işinə də rejissorluq edib. Həmin layihənin prodüseri isə Azər Kərimovdur.

“Mahnının musiqisi özümüzə aiddir. Sözləri çox xoşuma gəldi. Bir hissəsi Azərbaycan, digəri rus dilindədir. 40-a yaxın yeni mahnımız var, amma bu, bizi daha çox oynatdı və klip çəkdirmək qərarına gəldik. Klipdə obraz, stilist işi, dekorasiya- bir sözlə hər şey mənə aiddir" deyə Zamiq klipi barədə qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm