Magazin1
Xumar Qədimova Nəsiminin fəryadını musiqiyə çevirdi: “İçimdə doğulmuşdu” - VİDEO
Əməkdar artist Xumar Qədimova İmaməddin Nəsiminin 650 illiyinə həsr olunan böyük layihəsini təqdim edib.
Publika.az xəbər verir ki, müğənni dahi şairin “Neylərəm” qəzəlinə mahnı bəstələyib.
Xumar Qədimova aranjımanını Əvəz Muradov və Bəxtiyar Həsənova məxsus nəğməni ekranlaşdırmaq qərarına gəlib.
Sözügedən layihədə gənc aktyor Səfa Mehdi də rol alıb.
Məşhur müğənni açıqlamasında bildirib ki, əsər Nəsimi ilinə möhür vuracaq:
“Hamınıza məlumdur ki, illərdir çox möhtəşəm – Hüseyn Cavid, Almas İldırım, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadənin əsərlərini sizə təqdim etmişəm. Belə olub, olacaq da… Demək olar ki, bir ildir Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi”ni işləyirəm. Amma illər öncədən beynimdə, ruhumda İmaməddin Nəsimi var idi.
Və mən onun “Neylərəm” qəzəlini çox sevirəm. İçimdə yaranmış, doğulmuşdu. Sadəcə olaraq Şəhriyar əsəri üzərində çalışdığım üçün Nəsimini saxlamışdım. Bu il Nəsiminin 650 illiyini qeyd etdiyimiz üçün Şəhriyarı saxladım, xüsusi diqqətimi Nəsimiyə ayırdım. Musiqisi mənə məxsusdur. Möhtəşəm bir kompozisiya ərsəyə gəlib. Orada böyük sürprizlər var. Xumardan nələr görəcəksiz… Bu dəfə qərara gəldim ki, əziyyətin öhdəsindən tək gələcəm. Məncə, gəldim də… Nəsimi ilinə möhür vuran layihədir. Sizi sevirəm, diləyin, izləyin”.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ