Xalq artistindən ÇAĞIRIŞ: Baş verənləri şouya çevirməyək...
Bizi izləyin

Magazin1

Xalq artistindən ÇAĞIRIŞ: Baş verənləri şouya çevirməyək...

“Günlərdir düşünürəm. Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva instaqramda yazıb. Görkəmli sənətkar koronavirus pandemiyasının yayılması səbəbilə elan edilən karantin günlərində vaxtdan səmərəli istifadə etməyi, sahib olduğumuz dəyərləri yenidən nəzərdən keçirməyi tövsiyə edib:

“Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şey barədə düşünək. Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqdan düşünək. Daha dərindən düşünək. İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil! Dualarımızı əskik etməyək!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm