Nura Suridən ÇAĞIRIŞ: “Bir-birimizə qarşı təmkinli olaq və hörmət saxlayaq”
Bizi izləyin

Magazin1

Nura Suridən ÇAĞIRIŞ: “Bir-birimizə qarşı təmkinli olaq və hörmət saxlayaq”

“Azərbaycandan heç vaxt getmək fikrim olmayıb. İmkanım olub köçməyə, amma istəməmişəm. Burda rahatam. Hətta gecə tək küçəyə də çıxmağa ehtiyat etmirəm. Çünki sabitliyimiz qorunur və bunu danmaq olmaz”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Ölkədə baş verən hadisələrə biganə qalmayan sənətçi bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmasına və yaranmış problemə aydınlıq gətirib. Sosial şəbəkələrdə paylaşımları ilə ictimai fikrin formalaşmasında rol oynayan məşhur sözlərinə belə davam edib:

“Dəfələrlə hər hansı bir problemə görə, hətta sosial şəbəkələrdəki təhqirlərlə bağlı müraciət etmişəm, bütün işlərə çox operativ baxılıb. Polisə statuslar yazıb təşəkkür də etmişəm. Qonşumuzun evi yananda anında polis, yanğınsöndürənlər və təcili yardımın reaksiyasına məəttəl qaldım. Çox böyük bir bəlanın qarşısı alındı. Təşəkkürümü yazdım.

Dəfələrlə yol polisindən yaxşılıq görmüşəm. Yol tanımayanda dəfələrlə onlardan yardım istəmişəm, yol göstəriblər, ünvana kimi ötürüblər. Hətta dünən Xaçmaza gedəndə yolda yol polisindən yolu soruşdum və mənə yardım etdilər.

Hər bir sahədə yaxşılar da var, pislər də. Dünən başıma gələn hadisədə 4-5 nəfərə görə çoxunun işinə kölgə salmaq istəmirəm. Aramızda yaxşılar çoxdur. Hər sahədə işini sevən, vicdanla çalışan insanlar var.

Azərbaycan polisi xalqın yanında idi. Xalqa zor tədbiq etmədi. Videolara baxıb fəxr hissi keçirdim. Düşmənə qarşı Azərbaycan xalqının birliyini gördüm. Qarabağ hamımızın yaralı yeridir və torpaqlarımız qayıtmayınca bizə rahatlıq yoxdur.

Bir-birimizə qarşı təmkinli olaq və hörmət saxlayaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm