• USD 1,7000 0,00% EUR 2,0025 -0,39%
    • GBP 2,2171 +0,05% RUB 0,0220 -0,91%

Aynişanın ərindən ŞOK SÖZLƏR: “Ailənizin kişi cinsindən olan nümayəndələrinə...” - FOTO

  • Magazin1
  • 22 Sentyabr 2020 10:10
  • 6 098 Baxış
Aynişanın ərindən ŞOK SÖZLƏR: “Ailənizin kişi cinsindən olan nümayəndələrinə...” - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın idmançı həyat yoldaşı Kənan Əli bu dəfə qadınlara yazdığı müraciəti ilə gündəm mövzusu olub.

Publika.az xəbər verir ki, dünən idmançının kafedən paylaşım etməsi izləyicilərini hiddətləndirib. İzləyicilər dünən Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədovun şəhid olduğunu və belə bir gündə əyləncəli paylaşımlara yol verməsinin doğru olmadığını qeyd ediblər.

Kənan Əli ünvanına yazılan tənqidlərə hekayə bölümündə cavab verib. O, xüsusilə qadınlara ehtiyatlı davranmağı tövsiyə edib:

“Səfərbərlik olanda hamı bir nəfər kimi gedəcək. O zaman soruşmayacaqlar kim getmək istəyir, kim istəmir. Burda şərh yazanların çoxu elə şəhid verilən gün sözdə “Yas” tutur. Əslində 30 ildir ki, müharibə şəraitində yaşayırıq, bizim üçün hər gün matəmdir. Burda foto paylaşıb və ya paylaşmamağın vətənpərvərliklə heç bir yaxından uzaqdan əlaqəsi yoxdu. Şərhi yazanda sadəcə onu anlayın ki, düşmənə yazmırsınız. Mən də azərbaycanlıyam, bu ölkə həm də mənimdir, lazım olsa savaşaram. Amma burda yersiz ağıl verməyiniz məntiqsizdir.

Bu günə kimi çoxlarının yazdığı tənqid və təhqirlərə heç vaxt cavab verməmişəm. Ona görə yox ki, veriləsi cavabım yoxdur, sadəcə o səviyyəni özümə yaraşdırmamışam. İnanın ki, o səviyyədə daha betər cavab verə bilərəm. Ondan sonra ümumiyyətlə kiməsə şərh yazmağa tövbə edərsiniz. Hər şeyin bir həddi-hüdudu var. Əsasən də qadınlar, bir az ailənizi düşünün. Ailənizə və onun kişi cinsindən olan nümayəndələrinə hörmət edin. Öz danışıq tərzinizlə onları bu qədər təhqir etməyin, onların sizdən xəbəri olmadığını bu qədər açıq-aşkar nümayiş etdirməyin. Düşünməyin ki, şərhdi, yazdım və bitdi... Şərh yazanları dəfələrlə tapmışıq, polis bölməsində də görüşmüşük, vallah burda cəsarəti ilə lovğanan insanlar şikayət etməməyimiz üçün göz yaşları töküb. Sizi hörmətinizi qorumağa dəvət edirəm”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR