Reanimasiyada olan Xalq artistinin SON DURUMU - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Reanimasiyada olan Xalq artistinin SON DURUMU - AÇIQLAMA

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Publika.az xəbər verir ki, sənətçinin səhhəti barədə danışan həyat yoldaşı Güllü Hüseynova bildirib ki, səhhəti normaldır:

“Həkimlər əllərindən gələni edirlər, müalicələr davam edir, hələ reanimasiyadadır. Orqanizmin müalicəyə necə reaksiya verəcəyini gözləyirik”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, bir müddətdir səhhətində ciddi problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm