Nazpəri Dostəliyeva həftələr sonra oğlundan danışdı: “Kədərimə boyun əydim”
Bizi izləyin

Magazin1

Nazpəri Dostəliyeva həftələr sonra oğlundan danışdı: “Kədərimə boyun əydim”

Xalq artisti Nazpəri Dostəliyeva aylar sonra oğlu barədə instaqramda paylaşım edib.

Publika.az xəbər verir ki, tanınmış sənətçi ağrısını izləyiciləri ilə bölüşüb:

“Sənə sığındıq, sənə inandıq ya Rəbbim! Xeyirlərinə şükür etdik, şərdə sənə sığındıq, ey böyük yaradanım, uca Allahım. Kədərimə boyun əydim, səndən gələni qəbul etdim. Oğul itirən anaları bu dərd quyusundan çıxar, ya Rəbbim, bizə səbr ver! Müqəddəs Ramazan bayramınızı təbrik edirəm, əziz xalqımız! Mənə dəstək olan mənə görə üzülən əzizlərim, Allahım sizi mənə çox görməsin”.

Qeyd edək ki, müğənninin oğlu Əli Novruz bayramı ərəfəsində 41 yaşında infarktdan dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm