Magazin1
3 milyonluq üzük Hadisə ilə iş adamının ayrılmasına səbəb olub?
Ailə şirkətinin borclarına görə son zamanlar gündəmdən düşməyən Hadisənin sevgilisi Mehmet Dinçerler yazılı açıqlama verib. Borclarını vaxtında ödədiyini deyən Dinçerler heç kimə borcu olmadığını bildirib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hadisə ilə sevgili olan iş adamı ona 3 milyon lirə dəyərində üzüklə evlənmə təklifi etmişdi. İddialara görə, vəkil “3 milyonluq üzük almaq yerinə borclarını ödəyərdi, kreditorlara ziyan vurur” deyib.
Haqqında yayılan xəbərlərdən sonra "Instagram" hesabını bağlayan Dinçerler “Twitter” hesabından yazılı açıqlama yayıb. Tanınmış iş adamı açıqlamasında borclarını ödədiyini bildirib:
“Bu çətin prosesdə mənim heç bir kommersiya öhdəliyim olmasa da, ailəsinə və soyadına görə bəzi bank borcları ilə bağlı məsuliyyət hiss edən hər bir övlad kimi mən də təəssüf ki, zamin oldum. Bu səbəbdən şirkətimiz borcların yenidən qaytarılması üçün 2019-cu ildə konkordat prosesinə girməli oldu. Müvafiq addım investorlarımızı və işçilərimizi qorumaq üçün atıldı.
Şəxsən mən və mənim şirkətim təsdiq edilmiş bütün ödəniş cədvəllərinə əməl etmişik və mənim bir dənə də qeydə alınan borcum yoxdur. Bundan əlavə, 2021-ci ildə şirkətim və zamin durduğum borcların demək olar ki, hamısını bağlamışıq (baxmayaraq ki, mənim və şirkətimin heç bir borcumuz yoxdur). Xəbərlərdə yer alan ödənilməmiş borclar və ya şirkətlə qohumluq əlaqələrimdən başqa heç vaxt şirkətlə ortaqlığım olmayıb.
İnanıram ki, bir övlad kimi üzərimə düşəni etmişəm və bundan sonra nə lazımdırsa, edəcəm. Yalnız şirkətlər tam hüquqi şəxsdir və heç kimin borcu heç kimə bağlı deyil. Bu gün gəldiyimiz proses təbii ki, üzücüdür. Əminəm ki, bu kədərli hadisəni maqazin səhifələrinə çıxarmaq və haqsız reputasiyanı zədələmək heç bir əxlaqa sığmır”.
M.Dinçerlər Hadisədən ayrılması ilə bağlı yayılan xəbərlərə isə heç bir münasibət bildirməyib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
