Magazin1
Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” - FOTO
Müğənni və bəstəkar Murad Arif sosial şəbəkədə ünvanına yazılan tənqidi şərhə kəskin reaksiya göstərib.
Publika.az xəbər verir ki, sənətçi onun keçmiş fəaliyyətini alçaldıcı şəkildə təqdim edən izləyicinin fikirlərinə etiraz edib.
Belə ki, istifadəçilərdən biri Murada "Pencək tutan, maşının qapısını açan?! Bir az sadə ol!" yazıb. Bu münasibət qarşısında susmayan sənətçi illər əvvəl müxtəlif ifaçıların komandasında assistent, menecer və prodüser kimi çalışdığını xatırladıb.
O, həmin dövrdə sənətçilərə gündəlik işlərində kömək etdiyini, şəxsi əşyalarını daşıdığını, bunun müqabilində ailəsinin dolanışığını təmin etdiyini bildirib. Murad Arif bütün zəhmətinə hörmətlə yanaşdığını vurğulayaraq bu cür işlərin sənət fəaliyyətinin adi bir hissəsi olduğunu qeyd edib.
Müğənni başqa paylaşımında da tənqidçilərə münasibətini ifadə edərək fikir azadlığının vacibliyindən danışıb. Hazırda 8 nəfərin onunla daimi işlədiyini açıqlayan sənətçi komanda üzvlərinin əməyinə diqqət çəkib və insanların işçilərin qazancına mane olmamağa çağırıb.
"Fəxr edirəm hər bir əziyyətimlə", - deyə Murad Arif bildirib.(Milli.Az)
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?








.jpg)


.png)







.jpg)




.png)
.jpg)











.png)
