Məşhur müğənni ÜSYAN ETDİ: "Mənə xəsarət yetirmək üçün..."
Bizi izləyin

Magazin1

Məşhur müğənni ÜSYAN ETDİ: "Mənə xəsarət yetirmək üçün..."

“Bəzi tamaşaçılar sənətçilərin üzərinə telefon atır. Mənim də başıma belə bir hadisə gəldi, amma şükürlər olsun ki, zədə yoxdur. Trend adı altında belə bir iş görürlər. Dolu su şüşəsi və telefon atırlar. Bədənimizə dəysə yaralanarıq”,

Publika.az xəbər verir ki, bunu türk müğənni Tuğba Yurt Kiprdə verdiyi konsert sonrası jurnalistlərin suallarını cavablandırarkən deyib.

Müğənni bu tendensiyanı düzgün hesab etmədiyini söyləyib.

“İzmir konsertimdə ayaqlarımın altına atdılar. Mənə xəsarət yetirmək üçün atmadıqlarını bildiyim üçün selfi çəkdim. Konsertlərə əyləndirmək üçün gedirik. Özümə və orkestrimə zərər dəyməsini istəmirəm. Digər sənətçi dostlarımın heç birinin zərər görməsini istəmirəm”, - Tuğba Yurt qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm