92 yaşlı media maqnatı beşinci dəfə evlənir
Bizi izləyin

Magazin1

92 yaşlı media maqnatı beşinci dəfə evlənir

92 yaşlı ABŞ-ın məşhur media maqnatı Rupert Murdoç son günlər sevgi macəraları ilə gündəmdən düşmür.

Publika.az xəbər verir ki, bu dəfə Murdoç beşinci dəfə nişanlanmaq xəbəri ilə gündəmə gəlib. Sərvəti 17 milyard dollar olan Rupert son günlər səhhətində də problem yaşayır. O, yeriməkdə çətinlik çəksə də, sevgilisi, 66 yaşlı Ann Lesley Smizə evlilik təklifi edib.

Onların sevgili olduqları yanvarda getdikləri Barbados tətilində ortaya çıxmışdı. Lesley ABŞ-ın tanınmış musiqiçilərindən olan Çester Smizin keçmiş həyat yoldaşıdır.

Axırıncı həyat yoldaşından 1 il əvvəl boşanan Rupert hələ toy tarixini açıqlamayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm