Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO

Autizmli Kənana qarşı şiddət göstərənlər cavab verəcəklər, əlbəttə. Nəticədə ciddi düşünək - insanlıq, mərhəmət, haldan anlama və s. dəyərlər cəmiyyətimizdə nə qədər yetərincə təbliğ olunur?!

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ötən günlərdə paytaxtda yerləşən ticarət mərkəzlərindən birinin sanitar qovşağında döyülən autizmli yeniyetmə haqqında danışarkən deyib. Bu barədə sosial mediada videomüraciət paylaşan ulduz izləyicilərini daha diqqətli və həssas olmağa səsləyib.

"Bu hadisələr onu göstərir ki, ailələrdə təbliğ olunan sevgi-mərhəmət dəyərləri yetərincə deyil. Valideynlərimizə, məktəblərimizə və müəllimlərimizə üzümü tutub demək istəyirəm ki, biz uşaqlarımıza nə qədər sevgi-mərhəmət aşılaya bilirik? Autizm, daun sindromlu və ya digər səbəblərlə dünyaya gələn insanlar bu cəmiyyətin insanlarıdır, bu xalqın övladlarıdır. Onlar da sevgi, qayğı görməlidirlər. Öz spesifik yaradılışlarına görə fərqlidilər. Yeri gələndə, onlar bizdən də istedadlıdırlar, biz buna dəyər verməliyik", - artist paylaşımında vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm