Araşdırma: Son 40 ildə ingilis dilində yazılan mahnılar daha aqressiv olub
Bizi izləyin

Magazin1

Araşdırma: Son 40 ildə ingilis dilində yazılan mahnılar daha aqressiv olub

Nürnberq Musiqi Universitetinin tədqiqatçıları 1980-2020-ci illər arasında yazılan bir neçə janrda 12 000-dən çox ingilisdilli mahnının sözlərini təhlil ediblər. Belə nəticəyə gəliblər ki, mətnlər daha sadə, təkrarlanan və aqressiv olub.

Publika.az xəbər verir ki, tədqiqat "Scientific Reports" jurnalında dərc olunub.

Bundan əlavə, nəşr qeyd edib ki, bu mahnıların əksəriyyəti daha qəzəbli səslənir. Tədqiqat müasir mahnıları 1960-cı illərin əvvəllərində ədəbiyyat üzrə Nobel mükafatı almış ABŞ əfsanəsi Bob Dilanın yazdığı mahnılarla müqayisə edib.

İnsbruk Universitetinin eksperti Eva Zangerle gənc müəlliflərdən hər hansı birinin adını çəkməkdən imtina edərək vurğulayıb ki, mahnı sözləri “cəmiyyətin güzgüsü”dür, onun dəyərlərini, emosiyalarını və hobbilərini əks etdirir.

"Son 40 il ərzində biz musiqi mənzərəsində dramatik dəyişikliklər gördük - musiqinin necə satılmasından tutmuş, necə yaradıldığına qədər", - ekspert qeyd edib.

Oxşar tədqiqatlar əvvəllər də aparılıb ki, bu da müsbət, şən sözlərin sayının azaldığını, qəzəb və ikrah hissini ifadə edən mahnıların artdığını ortaya çıxarıb.

Müasir mahnılarda "mən" və ya "mənim" sözləri getdikcə populyarlaşır, bu da heç yaxşı hal deyil. Eyni sətirlərin sayı ən çox repdə artıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm