Xoşqədəm İlhamənin oğulluğu ilə bağlı yeni faktlar açıqladı: "Türkiyədən sonra..."
Bizi izləyin

Magazin1

Xoşqədəm İlhamənin oğulluğu ilə bağlı yeni faktlar açıqladı: "Türkiyədən sonra..."

Aparıcı Xoşqədəm Hidayətqızı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovla bağlı yeni faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində Orxan Nadirovun dostunun mesajını səsləndirib:

“İstanbulda da, Moskvada da Orxan Nadirovun axtarışı davam gedir. Orxan Nadirovun 2015-ci ikdən dostluq etdiyi şəxsin məlumatını səsləndirirəm. "Orxanın yanındakı adamın adı İlqardır. Çox ehtimal ki, Orxan Nadirovun özü yoxa çıxıb. Onların işlədikləri insanlar pul nəğdləşmə ilə məşğul idilər. Orxan deyilənə görə, Türkiyəyə, oradan da Dubaya getməli idi. Çox ehtimal ki, böyük miqdarda pulu nəğdləşdirdikdən sonra özünü yoxa çıxarıb. 2024-cü ildə martın 22-də Orxan Nadirovun İnstaqramda smokinqdə şəkili var idi. Həmin tarixdə o şəkil silindi. Ona mesaj uazdım, oxudu, amma cavab gəlmədi".

Orxan Nadirov isə 2023-cü ilin sentyabrında yoxa çıxıb. Orxan Nadirovun İnstaqram hesabında 2024-cü il martın 22-də smokinqdə kim şəkil yerləşdirib? İnstaqramı istifadə edilir və dərhal foto silinir və səhifə bağlanır. O zaman deyilənlər doğrudur".

(Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm