Psixoloq: “Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra...”
Bizi izləyin

Magazin1

Psixoloq: “Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra...”

Əməkdar artist Gövhər Rzayevanın efirdə xəyanət edən kişilərə haqq qazandırması ciddi müzakirələrə səbəb oldu.

Sənətçinin "Mən pul qazanan kişinin xəyanətini bağışlayardım" ifadəsi birmənalı qarşılanmadı.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, indiki dövrdə pul bir çox məsələni həll edir:

"Əvvəllər pul çox şey idi, indi isə pul hər şeydir. Kapitalizmdə kapital həyatın mərkəzinə gəlib. Hər şey, hətta dəyərlər də pula bağlı olduğundan insanlar pul üçün çox şeylərə dözməyi gözə alıblar.

Təbii ki, dözənlərin çoxu bahalı həyat yaşamaq istəyənlərdir. İnsanlar özləri özlərini təbəqəyə bölüblər. Üst təbəqəyə aid olanlar, yəni pullu, statuslu ailələrin əksəriyyətində onsuz da bəylərin çoxu xəyanət edir, qadınlar bunu bilsələr də qəbul edirlər. Çünki bəyin sayəsində bütün qapılar üzünə açıqdır. Pulun sayəsində bahalı geyimlər, zinət əşyaları, insanların hörmətini qazanır və bu hörmət sırf onun özünə görə deyil, qadının özünə də məlum məsələdir ki, pula görədir. Həm də ərinin puluna görə. Bu həm də bəylərə aiddir. Pullu bəylər süni tərif, süni sağlıqlar, süni hörmətdən xoşlanırlar. Qısası, insanlar özlərini aldatmaqdan məmnundular.

Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra çətin maddi duruma görə onsuz da kiminsə məşuqəsinə çevrilir və yenə də dözməyə məcbur olurlar. Bu dəfə məşuqə kimi..."

S.Bağırova Əməkdar artistin fikirləri ilə razılaşmayıb:

"Təbii ki, özünə iş quran uğurlu xanımlar da var ki, kimsəyə möhtac olmadan toparlana biliblər. Amma güclü xanımlar bəylər üçün maraqsızdır.

Gövhər xanıma gəlincə, həm deyir insan gərək pula satılmasın, həm də deyir pul qazanan kişinin xəyanətini bağışlayardım. Sevgi isə bir yerə qədərdir. Cümlələr uzlaşmır. Bu satılmaq deyil nədir bəs?

İndiki gənclərin maariflənməsi üçün bəzi iş adamları, dövlət məmurları dəstək olmurlar. Onlar hansısa kitabın nəşrinə və ya maarifləndirici layihələrə pul xərcləmək istəmirlər. Onlar yalnız "manıs tayfasına", müğənnilərə pul xərcləməyə, sponsor olmağa hazırdırlar. Maarifləndirici məsələ gündəmə gələndə isə dərhal yoxa çıxırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm