Bu şəhərin adı Teylor Sviftə görə dəyişdiriləcək
Bizi izləyin

Magazin1

Bu şəhərin adı Teylor Sviftə görə dəyişdiriləcək

Almaniyanın Gelzenkirxen şəhərinin adı "Eras" turnesi çərçivəsində ora səfər edəcək ABŞ-li müğənni Teylor Sviftin şərəfinə müvəqqəti olaraq dəyişdiriləcək.

Publika.az xəbər verir ki, super ulduz Teylor Sviftin iyulun 17-dən 19-dək keçiriləcək üç konsertinin şərəfinə Rur bölgəsindəki şəhərə bu ay "Sviftkirchen" adı veriləcək.

İdeya bir neçə həftə əvvəl petisiya yaradaraq bu təklifi irəli sürən yerli məktəbli qıza məxsusdur. Şəhərin meri Karin Velge qızın ideyasını dəstəkləyib.

Artıq şəhərin tam mərkəzində yeni adın olduğu lövhə quraşdırılıb.

Amerikalı müğənninin yerli Şöhrət Xiyabanında da öz abidəsi olacaq.

Qeyd edək ki, konsertlərin hər birində 70 min nəfərin iştirak edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm