Magazin1
Amina həbsxanada evlənməyindən DANIŞDI - VİDEO
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı müğənni Amina Şirinqızıdır. Müğənni toyunun zindanda olmasından bəhs edib: "Toyumun zindanda olması insanları təəccübləndirir. Deyirlər ki, gör qız necə sevibsə, gedib zindanda ailə həyatı qurub. Amma bu mənim üçün tamamilə normaldır. Əgər onu gözləməli olsaydım, bu, 7 ilimi alacaqdı. O təklif etdi, mən də sevərək təklifini qəbul etdim. Yenə olsaydı, təkrar eyni addımı atardım".
Müğənninin sözlərinə görə, atası onun sənətçi olmasına razı olmayıb:
"14 yaşımda Ənvər Sadıqov atama demişdi ki, vaxt gələcək, bu qızın sənətinə həsəd aparacaqlar, qoy, oxusun. Amma atam bununla razılaşmırdı, deyirdi ki, oxusam, ailəm olmayacaq. Lakin onun sözünə qarşı gələrək müğənni oldum və indi özü mənə dəstək olur. Bu sənətə ehtiyac səbəbindən gəlməmişəm. Hər kəs bilir ki, maddi cəhətdən problem yaşayanda atam mənim üçün onları həll edib. Əgər bu sənətə qazanc gözü ilə baxsaydım, hazırda təqdim etdiyim mahnıların yerinə başqa şeylər oxuyardım. Bu səbəbdən heç kimin sözünün təsiri ilə sənətimdən getmərəm".
Ətraflı Baku TV-nin süjetində:
-
Nəqliyyat08:34
Hazırda tıxac olan yollar - SİYAHI
-
İKT07:35
Sosial şəbəkədə qarşısınıza belə təklif çıxırsa... - XƏBƏRDARLIQ
-
Elm və təhsil06:46
Azərbaycanda ikinci ali təhsilə maraq niyə artıb? - SƏBƏBLƏR
-
Magazin105:45
Amina həbsxanada evlənməyindən DANIŞDI - VİDEO
-
Dünya02:43
İsrail qırıcılarının Beyrutun cənubunu bombaladığı anlar - VİDEO
-
MDB01:30
TƏCİLİ İCLAS: Putin gecə ilə Kremlə gəldi - VİDEO
-
Yaxın Şərq01:10
İsrail Livanın cənubuna fosfor bombası yağdırır - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: yeni imkanlar qapınızı döyür