TƏCİLİ İCLAS: Putin gecə ilə Kremlə gəldi - VİDEO
Bizi izləyin

MDB

TƏCİLİ İCLAS: Putin gecə ilə Kremlə gəldi - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin yaxın dəqiqələrdə Kremldə təcili iclas keçirəcəyi haqda iddia yayılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, onun kortejinin Moskvada gecə 22:45-də (Bakı vaxtı ilə 23:45) hərəkətinin səbəbi budur.

Rusiya mediasının məlumatına görə, müdafiə naziri Andrey Belousov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezidentin müşavirləri Aleksey Dyumin, Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin, “Rostex” korporasiyasının rəhbəri Sergey Çermezov, Rosqvardiya rəhbəri Viktor Zolotov təcili olaraq Kremlə çağırılıblar.

Qeyd edək ki, gecə saatlarında İsrail ordusunun Livanın cənubunda məhdud quru əməliyyatına başladığını ABŞ təsdiqləyib.

(Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm