Magazin1
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
Xalq artisti Alim Qasımov “İzzət şou”nun qonağı olub.
Publika.az Axşam.az-a istinadən xəbər verir ki, xanəndə türkiyəli müğənni İbrahim Tatlısəslə bağlı xatirəsini bölüşüb:
“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisində məni dəvət etmişdilər. Bir dəfə oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. “Çərşənbə günündə, çeşmə başında…” zümzümə edib, mikrafonu ona verdim. Mikrafona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrafonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nəysə. Bütün qeybətləri etdim burada, Allah qeybətə yazmasın.
Bir dəfə də cavan uşaq idim. Məclisə getmişdim. Bir böyük, tanınmış oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikrafonunu mənə verdilər. Ağzımı açan kimi, ömrümdə də yaxşı mikrafonla oxumamışam, uçuram. Gördüm oxuyan məni görən kimi mikrafonu çəkdi. Bir şey ki, Allahdan verilib, onun qabağını ala bilməzsən”.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi