Magazin1
Günayı məhkəməyə verdilər - FOTO
"Çox təəssüf olsun ki, Azərbaycanda müəllif hüquqları tapdalanır. Buna görə artıq Azərbaycanda ictimai birlik var. Köhnə və yeni bəstəkarların haqqı tapdalanırsa, bununla mübarizə aparırıq. Hətta hazırda bir işim məhkəmədədir".
Publika.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Pərviz Mahmudov "Xəzər axşamı" verilişində bildirib. Pərviz həmkarı Günay İbrahimli üçün bəstələdiyi "Dəlisiyəm gecənin" mahnısının reklamda ondan icazəsiz istifadə edildiyi üçün məhkəməyə üz tutduğunu bildirib:
"Dəlisiyəm gecənin" mahnısı bir reklamda səsləndirilmişdi. Xəstəlik dönəmimdə kənara çəkilmişdim. Mənə müraciət etdilər ki, dostlarımızın layihəsidir. Mən də cavab verdim ki, amma mənim dostum deyil. Bir çox mahnılarım var ki, reklamda istifadə ediblər. Röya üçün bəstələdiyim mahnı var idi ki, şirkət ilk olaraq məndən icazə aldı. Hətta Röya da demişdi ki, Pərviz icazə verməlidir. Amma "Dəlisiyəm gecənin" adlı mahnımda mənə yalan danışıldı. Dedilər ki, heç bir qonorar əldə etməmişik. Amma bizə məhkəmənin kağızı gəldi və gördük ki, orada məbləğ ödənilib. Hətta mənim adımdan belə məsuliyyəti öz üzərlərinə götürüblər. İşimiz artıq apelyasiya məhkəməsindədir. Apelyasiya şikayəti üçün mən müraciət etmişəm. İcazəsiz mahnımdan istifadə edən şirkəti məhkəməyə vermişdik. Onlar bizə sənəd göstərdilər ki, Günay İbrahimli ilə müqavilə bağlayıblar və məsuliyyəti o daşıyır. Şikayət geri çəkilməyəcək. Məhkəmə tam bitdikdən sonra açıqlama verəcəyəm. Nə qədər təzminat lazımdırsa, tələb etmişəm. Başqa məqamlar da var. Mənə müraciət etsəydilər, məsələ bura çatmazdı. Məhkəmə dekabrın 4-də olacaq. Mənim etirazım olan kimi televiziyada olan həmin o reklamı da dayandırdılar".
-
MDB01:41
Rusiya dollar və avrodan imtina edir? - Putin DANIŞDI
-
Magazin100:30
Günayı məhkəməyə verdilər - FOTO
-
MDB7 Noyabr 23:36
COP29-da Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək - FOTO
-
İKT7 Noyabr 23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
Ekologiya7 Noyabr 20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil7 Noyabr 19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
-
Nida Xəbər 7 Noyabr 18:50
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir? - DOSYE
-
Sosial7 Noyabr 17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?