Magazin1
"Bütün yaxınlarımın içində biabır olmuşam"
"Son günlər barəmdə yayılan xəbərlər şayiədir. Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə, niyə azadlıqdayam?"
Publika.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında müğənni Elçin Göyçaylı deyib. Onun sözlərinə görə, barəsində yayılan bu xəbəri mətbuatdan və yaxınlarından eşidib:
"Həmin Mətanət adlı xanımla Moskvada el şənliklərinin birində tanış olmuşam. Məni məclisə dəvət ediblər, oxuyub qonorarımı almışam. Bütün yaxınlarımın içində biabır olmuşam. Əgər bu işdə mən suçlu olsaydım, indi evimdə yox, həmin qadınla birgə cəzaçəkmə müəssisəsində olardım. Saytlar xəbəri dəqiqləşdirmədən və mənim fikrimi öyrənmədən paylaşıblar. Həmin sayt rəhbəri ilə danışdıqda məndən 300 manat müqabilində xəbəri siləcəyini bildirdi. Mən heç bir qadını əxlaqsızlığa sövq etməmişəm və bu məsələdə mənim adımın hallanması şəxsi, eləcə də iş həyatıma mənfi təsir göstərib. Hər kəs də bilir ki, mən 44 günlük Vətən müharibəsi zamanı vətənpərvərlik mahnıları bəstələyərək ifa etdim. Təkcə mənim "Noldu Paşinyan" adlı mahnım dillər əzbəri oldu. Artıq vəkil tutmuşam və həmin saytları məhkəməyə verəcəyəm".
Müğənni onu da bildirib ki, bu xəbərin yayılmasının arxasında ona qısqanclıq edənlər durur:
"Təxminən ay yarım bundan qabaq Əhmədli qəsəbəsində evimə gedərkən 3 nəfərin hücumuna məruz qaldım. Onlar mənə ciddi xəsarətlər yetirərək çənəmi sındırdılar. Hüquq-mühafizə orqanları məsələyə həssas yanaşdılar və həmin şəxslər barəsində cinayət işi açıldı. Hazırda Xətai Rayon Məhkəməsində işimiz davam edir. Bu hadisədən sonra barəmdə böhtan xarakterli xəbərlərin yayılması məni heç də təəccübləndirmədi. Ümid edirəm ki, həmin dezinformasiyanı ötürənlər və xəbəri ilk paylaşan saytlar cəzasını alacaq".
Qeyd edək ki, mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.
O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham olunub. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
-
Nəqliyyat01:30
Prezident İlham Əliyev Bakıdakı tıxaclardan danışdı
-
Magazin201:11
Nəsrin tərəf müqabili ilə - FOTO
-
Kriminal00:45
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər - DETALLAR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uğur qazana bilərsiniz
-
Rəsmi xronika00:10
Prezident Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu
-
İdman7 Yanvar 22:50
Braziliya klubu "Sevilya”nı ŞOK MƏBLƏĞLƏ SUSDURDU - Juninyo uğrunda mübarizə şiddətlənir
-
Hadisə7 Yanvar 22:12
Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişin relslərin üstünə yıxıldı və...
-
Sosial7 Yanvar 20:53
Bakıda 10000 manat pul tapıldı - Polis sahibini axtarır