Azər əməliyyatdan könüllü imtina edib? - RƏSMİ
Bizi izləyin

Magazin1

Azər əməliyyatdan könüllü imtina edib? - RƏSMİ

"Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib".

Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-un sorğusuna Səhiyyə Nazirliyinin cavabında deyilir.

Bildirilir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumata görə, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə (ODTKM) böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.

“2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16 oktyabr tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31 oktyabrda Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarına gəlib”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı Azər Baxşəliyevə imtina cavabının verildiyini bildirib. Aparıcı deyib ki, müvafiq analizlər götürülüb, sənədləşmə gedib, amma son məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib.

Böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub, yanvarın 5-də vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm