Magazin1
Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu - FOTO/VİDEO
Bir neçə gündür sənət adamlarının verilişlərə çıxarılan qonaqlara etirazı gündəmi zəbt edib. Müğənni Səidə Sultanın verilişlərə bayağı mahnı ifaçılarının çıxarılması, şəxsi həyatla bağlı qeyri-etik söhbətlərin edilməsini qınamasına bir neçə sənət adamı qoşulub.
Publika.az Axşam.az-a istinadən xəbər verir ki, ötən gün TikTok-da canlı yayımda Xalq artisti Brilliant Dadaşova, Əməkdar artist Abbas Bağırov və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, aparıcı Tarix Əliyev (Tolik) məsələni müzakirə edib.
"Bütün Azərbaycan Üzeyir Hacıbəyovu tanımalıdır, borcudur. Kiminsə arxasında kimsə dayanırsa, mənim üçün toxunulmaz ola bilməz. Bizim şairlərimiz, bəstəkarlarımızı tanımalıdırlar. Tanımırlarsa, cəmiyyət qarşısına çıxmasınlar. Tolik, sən mənə bayağı sual verməmisənsə, o demək deyil ki, başqalarına da vermirsən. Kanalın rəhbəri sənə deməz ki, Fikrət Əmirovu niyə qonaqdan soruşursan? Sənin efirinə müğənni gəlir. Pul verib efirə çıxan müğənni heç olmasa nəsə bilməlidir. Türkiyədə verilişə çıxanda bir həftə mənə nələr dedilər: nə oxuyacaqsınız, nə danışacaqsınız. Türklərdən bütün pis şeyləri öyrəndik, amma yaxşını yox" deyə, B.Dadaşova bildirib.
"İşim qurtarıb oturub onlara dərs keçəcəyəm. Pul verib efirə gələn deyir, mənə toydan sual ver" deyə, Tolik cavab verib.
"Musiqi savadın olsa da, efirdə savadsız şeylər danışırsan. Lazımsız söhbətlər nə mənə, nə ailəmə, nə də qohumlarıma lazımdır. Günel (müğənni günel Ələkbərovaya deyir - red.), sən də efirdə ailədən danışmısan. Mənə sual veriblər niyə boşanmısan, ona cavab vermişəm. Övladdan danışmaqla, ombadan danışmaq eyni deyil. Mənim eyibim yoxdur, musiqidən danışıram" deyə, Hüseyn bildirib.
Tolik isə ona "Heç biriniz namus göstəricisi deyilsiniz. Hansı müğənninin qara məsələsi var, hamısını bilirəm. Mənim bir, sizin 99 eyibiniz var. Hüseyn, ayrılanda danışmazdın. Lalə Məmmədova çıxıb 3 ay boşanmasından danışıb. Mənə lazımdır?" deyə, sənətçiləri təhdid edib.
"Reytinq avadınlığını kim qurub? Onlar efirdə reytinq dedikləri biabırçılığı görmür? Görmürlər ki, bu gün reytinq yığan hansı lazımsızdır? Azərbaycan mədəniyyətinə ləkə vuranlar" deyə, A.Bağırov əlavə edib.
Canlı yayıma qoşulan Səidə Sultanla Tolik arasında gərgin anlar yaşnıb. Onlar bir-birinin ünvanına təhqirlər səsləndirib. Daha sonra Səidə instaqram hesabında Tolikin iddialarına cavab verib.
Səidəyə dəstək olanlar arasında müğənni Xatirə İslam yer alıb. O, şərhdə "Sən ürəksən, əsəbiləşmə" sözlərini yazıb. Səidənin qalmaqallı çıxışına dəstək olanlar arasında müğənnilər İradə İbrahimova, Ramal İsrafilov, Əməkdar artist Vəfa Zeynalova və başqaları yer alıblar.


-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...













.jpg)













.jpg)










