Magazin1
Xəyalə “Maşın Şou”da qazandığı maşını məhkəmədə uduzdu - Video
Tanınmış aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşı məhkəmə iddiası qaldırıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib.
Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə “Maşın Şou” televiziya layihəsində udduğu “Nissan Kicks” markalı avtomobilin adı da keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.
Birinci instansiya məhkəməsi “Maşın Şou”dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, “Nissan Kicks” markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.
Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...










.jpg)









.jpg)















