Magazin1
"Qorxudan əsdim, qapımızı qırırlar, 3-4 nəfər idilər" - VİDEO
Müğənni Aygül Səfərova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, ifaçı evində yaşadığı qorxulu anlardan bəhs edib. Onun sözlərinə görə, gecə saatlarında naməlum şəxslər yaşadığı evin qapısını zorla açmağa cəhd edib.
Səfərova bildirib ki, qapının döyülməsi zamanı ciddi təşviş keçirib: qapıya yaxınlaşaraq baxdıqda ön tərəfdə bir azyaşlı uşaq, arxasında isə bir neçə nəfərin dayandığını görüb. Müğənni atasının qapını açmaq istədiyini, lakin onun yaşını nəzərə alaraq buna icazə vermədiyini deyib.
İfaçı hadisə zamanı evdə yaşlı valideynləri və azyaşlı övladının olduğunu, uşağın qorxudan ağladığını vurğulayıb. O, baş verənlərdən şübhələnərək dərhal hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. Hadisə yerinə gələn şəxslərdən sonra qapını döyənlərin ərazini tərk etdiyi qeyd olunub.
Müğənni əlavə edib ki, baş verənlərin kim tərəfindən törədildiyini müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntülərinə baxılması planlaşdırılır. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.(milli.az)
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi









.jpg)

























