Magazin1
Nadir Qafarzadənin “Yalan”ı üzə çıxdı
Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Publika.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, Türkiyənin tanınmış müğənnisi Candan Erçetinin repertuarından sevilən “Yalan” adlı bəstəni tələbəsi Vüsal Əsgərovla birgə oxuyub:
“Yaradıcılığımda yeni mahnılar var. Bu yaxınlarda “Sarışınım” adlı bəstəni 6-8 ritmdə ifa etdim. Hazırda həmin bəstə aranjemandadır. Bundan əlavə, hazırda bütün diqqətimi Türkiyədə həyata keçirəcəyim layihəyə yönəltmişəm. Bu gün isə tələbəm Vüsalla birgə ifa etdiyim “Yalan” adlı mahnını təqdim edirəm. Düşünürəm ki, gənc müğənnilərə kömək olmaq lazımdır. Əsas da səsi, istedadı olan ifaçılara. Səsi olmayan birinə dəstək olsaq da o, müəyyən yerə qədər gedə biləcək. Sənət olmayanda isə qalmaqal yaratmağa məcbur olacaq. Bu isə ucuz bir reklam sayılacaq. Amma Vüsal ilk gündən sənəti ilə öz sözün deməyə can atıb. Mən bu sənətə gələndə mənə dəstək olan olmayıb. Amma mən məndən sonra gələnlərə yardımçı olacağam. Bu dəstəyimdən quduranlar olsa, bu, onların öz işi, mədəniyyəti olacaq. Əsası odur ki, balıq bilməsə də, xalıq biləcək. İstedadı olan gənclərə təmənnasız kömək edirəm. Vüsala dəstəyəm. “Azərbaycanın səsi” layihəsindən sonra onun yaradıcılığı ilə maraqlanıram. Bu yeni-yeni addımlarını atan ifaçı üçün çox vacibdir”.
İsa Şükürov
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi











.jpg)



.jpg)



















