Magazin1
Aparıcı Vüsalə Tağıyeva böyük qayıdış vəd edir - FOTOLAR
ATV telekanalının məşhur siması Vüsalə Tağıyeva yeni layihəyə hazırlaşır. Xanım aparıcı Publika.az-a eksklüziv açıqlamasında deyib ki, onu növbəti televiziya mövsümündən həmin layihə ilə ekranlarda görmək mümkün olacaq:
“Hər kəs bilir ki, dünyaca məşhur layihə olan “10 yaş cavanlaş” proyektini Azərbaycanda mən gerçəkləşdirmişəm. 10 ilə yaxın bir müddətdə efirdə olan veriliş artıq bitib. Bu da normaldır. Əbədi heç nə yoxdur. Hər şeyin bir sonu var. Amma bir son, digərinin başlanğıcı deməkdir. İnşallah, yeni fəsildən fərqli bir layihə ilə tamaşaçıların qonağı olacağam”.
Vüsalə xanım layihənin hansı telekanalda reallaşdıracağını da sirr saxlayıb:
“Asan layihə olmayacaq. Həftənin 2 günü efirdə olacaq verilişin böyük pavilyonu olmalıdır. Artıq özümün komandam var. Mən peşəkarlarla işləməyi sevirəm. Təqdim edəcəyim veriliş birmənalı olaraq sözünü deyən layihə olmalıdır. Layihə üzərində işlər davam edir. Çünki düşünürük ki, indi efirə çıxmağın mənası yoxdur. Efir sezonu bitmək üzrədir. İndi başlasaq, bir ay sonra 3 aylıq istirahətə gedərək yenidən fasilə verməli olacağıq. Bu düzgün olmaz. Odur ki, sentyabrdan tam gücümüz ilə başlamaq niyyətindəyik”.
Məlumat üçün qeyd edək ki, Vüsalə Tağıyeva bir il ANS telekanalında "Fərqi var" verilişinin aparıcısı olub.
İsa Şükürov
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO