Magazin1
“I Avropa Oyunları Azərbaycan üçün bir fürsətdir”
I Avropa Oyunlarına 49 gün qalır. “Bu şəhərdə” kollektivi də bu beynəlxalq tədbirə hazırlıq çərçivəsində görülən işlərdə yaxından iştirak edir. İstər artıq bir neçə aydır ki, “ulduz səfir” kimi fəaliyyət göstərən “Bu şəhərdə” üzvləri Coşqun Rəhimov və Rafael İsgəndərov, istərsə də prodüseri Müşfiq Abbasov bu oyunların məsuliyyətini dərk etdikləri qənaətindədirlər. Publika.az xəbər verir ki, tanınmış simalar Bakıda baş tutacaq möhtəşəm oyunlarla bağlı açıqlamalarında bildiriblər ki, “ev yiyəsi” statusunun öhdəsindən lazımınca gəlməyə hazırdırlar.
Coşqun Rəhimov beynəlxalq yarışa ev sahibliyi etməyi böyük nailiyyət hesab edir:
“Bu, nailiyyətdir. Uğur əldə edəcəyik və bütün dünyada tanınacağıq. Çünki bütün Avropa burada olacaq. Mədəniyyətimizlə, qonaqpərvərliyimizlə onların qarşısına çıxmalıyıq”.
“Bu şəhərdə”çi Rafael İsgəndərov oyunlar ərəfəsində hər birimizin üzərimizə düşən məsuliyyətdən danışıb:
“Bir-birimizə mane olmamaq şərtilə, hamı bir-birinə kömək etməlidir. Azərbaycan bu oyunların ev yiyəsidirsə, deməli, hər birimiz ev yiyəsiyik. Üzərimizə ev yiyəsi kimi ağır məsuliyyət düşür. Biz hamımız bir olmalıyıq”.
“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov isə “ulduz səfir” olmasa da, bir vətəndaş olaraq keçiriləcək yarışlara hazırlıq üçün əlindən gələni etməyə çalışdığını deyib. O, hər kəsi üzərinə düşəcək məsuliyyəti anlamağa, bu oyunlara ölkəmizi daha yaxşı tanıtmaq üçün bir fürsət kimi baxmağa çağırıb:
“Hamımız birlikdə təşkilat komitəsinin üzvü olmalıyıq. Hər birimiz ayrı-ayrılıqda fikirləşməliyik ki, bizim ölkəmizə, şəhərimizə deyil, evimizə qonaq gəlir. Evinə qonaq gələndə nə edirsənsə, bax, indi də onları etməlisən. Maksimum əlimizdən gələni etməliyik ki, turistlərin sayını çoxaldaq. Hər bir idmançı gedib öz ölkəsində Azərbaycanla bağlı ancaq xoş sözlər desə, bu, Azərbaycanın tanınmasıdır. Hamımız biletləri alıb, oyunlarda iştirak etməliyik. Bütün zallar dolu olmalıdır. İdmanımıza və idmançılarımıza elə dəstək olmalıyıq ki, medalların çoxu Azərbaycanda qalsın”.
İsa Şükürov
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO