Magazin1
Berlində azərbaycanlı rəssamın sərgisi açıldı - FOTOLAR
Almaniyanın paytaxtı Berlin şəhərindəki “Gallery Schulz” qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin “Ruhun rəqsi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a bildiriblər ki, tədbirə 300-dən artıq qonaq qatılıb. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporunun fəalları və incəsənət həvəskarları olub.
Arif Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiətini, caz musiqisini tərənnüm edən obrazlar haqqında söhbət açıb, bu mövzulara onun daha çox müraciət etdiyini bildirib.
Tədbirdə qeyd olunub ki, Arif Əziz öz nəslinin ən önəmli Azərbaycan
rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və
müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz
rolu olub, ona öz töhfələrini verib. Onun yaradıcılığı özündə milli
İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini
nadir şəkildə birləşdirir.
Qeyd edilib ki, karyerasının əvvəlində Arif Əzizin işləri sosialist
realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik
incəliklərlə seçilir.
Qeyd edək ki, Almaniyanın “Berlin TV” kanalı Arif Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb.
Cəvahir
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO