Magazin1
Azərbaycanlı rəssamın sərgisi Türkiyədə ajiotaj yaratdı
İstanbulun nüfuzlu “NİŞ ART” qalereyasında azərbaycanlı rəssam Rəşad Nuriyevin “İthaf” adlı fərdi sərgisi açılıb.
Publika.az-ın məlumatına görə, açılış mərasimində
Azərbaycan və Türkiyədən olan görkəmli rəssamlar, elm və mədəniyyət
xadimləri, İstanbulda fəaliyyət göstərən dərnəklərin nümayəndələri,
şəhərdəki ayrı-ayrı qalereyaların təmsilçiləri, jurnalistlər,
rəsmsevərlər iştirak ediblər.
Ziyarətçilərə Rəşad Nuriyevin əsərlərinə dair “NİŞ ART” tərəfindən
hazırlanmış kataloq-albom paylanıb. Albomda türkdilli oxuculara
rəssamın bioqrafiyası və 47 əsəri barədə məlumat verilir.
“İthaf” sərgisində rəssamın 21 əsəri nümayiş olunur. Onların hamısı
kətan üzərində yağlı boya ilə işlənilib. Nümayiş olunan əsərlərdə
köhnə Bakının maraqlı görüntüləri, paytaxtımızın müxtəlif tarixi
abidələri, dastan və rəvayətlərimizi tərənnüm edən obrazlar,
rəngarəng təbiət mənzərələri, ölkəmizdə daha çox sevilən meyvə,
ağac, çiçəklər və digər mövzular əksini tapıb.
Sərgilənən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla
qarşılanıb.
Qeyd edək ki, mayın 12-dək davam edəcək sərgidə nümayiş olunan
əsərlər sonda satışa çıxarılacaq.
Cəvahir
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi