“Cəngi” YUNESKO-nun Caz festivalında - FOTOLAR
Bizi izləyin

Magazin1

“Cəngi” YUNESKO-nun Caz festivalında - FOTOLAR

Fransada keçirilən Beynəlxalq Caz festivalında Azərbaycanı “Cəngi” estrada folklor ansamblı, eyni zamanda, İsraf Sarabski və Etibar Əsədlinin rəhbərlik etdiyi musiqiçilər təmsil edib.

Möhtəşəm tədbir Fransanın iri tutumlu “La Baiser Sale” Caz Klubunda baş tutub.

Yaradıcılıq səfərini yeni başa vuran “Cəngi”nin rəhbəri Mircavad Cəfərov təəssüratlarını Publika.az-la bölüşüb. O qeyd edib ki, festivalda Telman Hacıyev, Rafiq Babayev, Ramiz Mustafayevin bəstələri, fransız şansonu səsləndirilib. Mahnıları solist Arzu Həsənli ifa edib. M.Cəfərov isə tar və udda Fikrət Əmirovun “Mən səni araram”, Cahangir Cahangirovun “Bana bana gəl” və fortepianoda duet ifanı etno caz şəklində təqdim edib. Konsertdə həmçinin Mircavid Cəfərov, Vasif Hüseynli, Tural Qasımovun instrumental ifaları səsləndirilib.

Qeyd edək ki, qrupun solisti Arzu Həsənli uzun illər Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun solisti olub. Hazırda fəaliyyətini “Çəngi” də davam etdirən Azərbaycan Milli Konservatoriyasının məzunu fransız, ingilis, türk sənət musiqisi, muğam, estrada janrlarında mahnılar oxuyur.

Məlumat üçün bildirək ki, “Cəngi” estrada folklor ansamblını mərhum sənətkarımız Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub.

2002-ci ildə tarzən, əməkdar artist Mircavad Cəfərov bu kollektivə rəhbərlik edir. Qeyd edək ki, son iki ildə İsgəndər Ələsgərovun dəstəyi ilə ansambl rəqs kollektivi çərçivəsindən çıxaraq həm də caz, estrada folklor, klassik muğam, etno caz janrlarında fəaliyyətini genişləndirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm