Magazin1
“Qurdlar vadisi” “Dəşti”yə görə Əlibaba Məmmədova nə qədər pul verib? – VİDEO-ÖZƏL
Bir müddət öncə Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının sonuncu 251-ci bölümünün final səhnəsində ustad xanəndə, xalq artisti Əlibaba Məmmədovun müəllifi olduğu “Dəşti təsnifi” ifa edilib. Türkyəli müğənninin filmdə səsləndirdiyi bu musiqi hər kəsi təəccübləndirsə də, “Dəşti”nin müəllifi bu barədə susmuşdu.
Sən demə, Əlibaba Məmmədovun “Dəşti” təsnifinin ifa edilməsinə icazə almaq üçün tanınmış türkiyəli prodüser Bakıya gəlibmiş.
Bu barədə Publika.az-a eksklüziv açıqlama verən sənətkar bu məqsədlə müqavilə də imzalandığını deyib: “Bir müddət öncə, Türkiyədən bir neçə nəfər şəxs yanıma gəldi və “Dəşti” təsnifini almaq istədiyini bildirdi. Mən onların kim olduğunu da bilmədim, müqavilə imzaladılar, qol çəkdirdilər, razılığımı aldılar. Mən onlara dedim ki, mənim üçün önəmli olan pul yox, musiqilərimin anonim adıyla təqdim olunmamasıdır. Onlar mənə bu təsnifin müqabilində qonorar ödəniləcəyini də dedilər. Hətta bir neçə dəfə çalışdığım Konservatoriyaya zəng edib məni axtarıblar da. Sonradan mənə dedilər ki, Türkiyədə istehsal olunan “Qurdlar vadisi” filmində “Dəşti”ni oxuyublar. Mən bilmirdim o adamlar həmin filmin prodüserləri idi, yoxsa musiqiçilər”.
Maraqlıdır, görəsən, onlar Əlibaba müəllimə hansı məbləğdə qonorar vəd veriblərmiş?
Aldığımız cavab belə olub: “Mən heç bunu özümə sığışdırıb soruşmadım da. Çünki məni tanıyanlardan bir nəfər deyə bilməz ki, hansısa mahnısına görə, Əlibaba Məmmədova 10 manat ödəmişik. Əsas olan mahnılarımızın oxunmasıdır. Amma əgər türklər buna görə mənə qonorar ödəsələr, alaram, niyə almıram ki… Müqaviləni ona görə bağladım ki, musiqinin müəllifi olaraq “Dəşti”nin oxunmasına icazə verirəm”.
Cəvahir Səlimqızı
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO