Magazin1
Azərbaycan etno-cazı ilk dəfə Norveçdə - FOTOLAR
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” caz qrupu mayın 21-23-dək Norveçin paytaxtı Oslo şəhərində konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, layihə Prezident Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilati Milli Şurasının dəstəyi ilə həyata keçirilib.
Oslo Meriyasinin türk əsilli deputati Gulay Kutal caz konsertini açıq elan edərək bildirib ki, bu cür səviyyəli mədəniyyət layihələri Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, dünya mədəniyyətinin sərhədlər tanımadığını sübut edərək, xalqlar arasında dostluğun güclənməsinə xidmət etməkdədir.
Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşən konsertdə “Cəngi” caz qrupu etno-caz layihəsi ilə maraqlı musiqi proqramı təqdim edib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifalari ilə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
İlk dəfə olaraq Azərbaycan etno-cazını “Cəngi” qrupu Norveçdə səsləndirib. Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda “Cəngi” qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.
Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən, Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramların musiqimizi Skandinaviyada təbliğ etməklə yanaşı, Norveçdə yaşayan azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını sübut edir.
“Bu layihə Azərbaycan etno-cazına Skandinaviyada tələbat olduğunu göstərdi” - deyən Ramil Əliyev bildirib gələcəkdə də Norveçdə caz konsertlərinin reallaşacağını bəd edib.
Cəvahir
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf