Magazin1
Mehriban Xanlarova və Xatirə İslam canlı yayımda qırğına çıxdı - VİDEO
ANS TV-nin efirində yayımlanan "Maşın" realiti-şou bitsə
də, orada təməli qoyulmuş qalmaqallar hələ davam
edir.
ANS PRESS-in məlumatına görə, bu gün "Günə baxan" verilişində
qonaq olan realiti-şounun iştirakçıları aktrisa Mehriban Xanlarova
və müğənni Xatirə İslam arasında mübahisə düşüb.
Mehriban Xanlarova onu şoudan kənarlaşdıran Xatirəyə belə sual
verib: "O gündən məndə bir sual yaranıb. Mənə dediniz ki, siz də
baş rollar oynayardınız, avtomobillər alardınız. Sonra da Amaliya
Pənahova ilə Məleykə Əsədovanın adlarını çəkdiniz. Əvvəla, mən baş
rollarda sənətə təzə gələndə - 18 yaşında oynamışam. İndi bir mənə
deyin görüm, teatrda Amaliya xanımla Məleykə xanımın hansı bir
obrazını görmüsüz? Onların oynadığı hansı tamaşalara gəlib
baxmısınız?"
Əməkdar artistin bu sualına cavab tapmayan Xatirə İslam özündən
çıxıb. O, sualdan yan keçərək Mehriban xanımın xətrini çox
istədiyini bildirib və özünə haqq qazandırmağa çalışıb: "Dalaşan
dalaşana nəsə deməlidir də. Siz mənə dediniz, mən də sizə
dedim".
Müğənninin cavabı ilə razılaşmayan aktrisa başqa iradını da
səsləndirib: "Dəfələrlə müsahibələrinizdə demisiniz ki, mənim o
maşına ehtiyacım yoxdur. Düzdü? Mən sizin kimi toylara getsəydim,
3-4 toyumdan qazandığım pulla qardaşıma maşın alardım. Şəxsən mən
sizdən gözləyirdim ki, "Maşın"da udduğum avtomobilin açarını
Azərbaycanımızı ilk dəfə "Eurovision"da təmsil edən Samir
Cavadzadəyə verəcəksiniz. Bu, mənim öz fikrimdir. Mən Xatirə
İslamdan bunu gözləyirdim".
Bu dialoqdan sonra sənətçilər arasında vəziyyət daha da gərginləşib. Davamını aşağıda videodan izləyə bilərsiz:
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri