Magazin1
Fransa kinosunun əfsanəvi azərbaycanlısı: “Bakı küçələrində gəzərkən ağlayıram...” - FOTOLAR
Əslən azərbaycanlı olan Fransanın tanınmış aktyoru Rober Osseyn Azərbaycanda səfərdədir. Onun budəfəki gəlişi həm də “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlıdır. Dünyaca məşhur həmyerlimiz ilk Avropa Oyunlarının məşəldarlarından biri olub.
Rober Osseyn – fransız kino və teatr aktyoru, rejissor, prodüser, “Marini” teatrının bədii rəhbəridir. Aktyorun ən məşhur rollarından biri Ann və Serj Qolonun romanı əsasında çəkilmiş Anjelikanın macəralarında qraf Jofre de Peyrak obrazıdır.
Rober Osseynin atası – azərbaycanlı Andre Osseyn (Əminulla Hüseynov) – skripkaçı və bəstəkar Səmərqənddə anadan olub. Əfsanəvi artistin özü isə Fransada dünyaya gəlib.
Publika.az "1news.az"-a istinadən xəbər verir ki, Bakıda olan Rober Osseyn Heydər Əliyev Mərkəzində yerli media işçiləri ilə görüş keçirib.
“Mən Azərbaycana heyranam. Bu sevgini mənə atam ötürüb. O, hər zaman evdə tarda ifa edərdi. Əvvəllər Bakı haqda çox eşitmişdim. Lakin bir neçə il əvvəl mənə birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Azərbaycana səfər etmək nəsib oldu. Gördüklərim gözləntilərimdən daha artıq oldu. Mən Bakıya ilk baxışdan aşiq oldum – insanlar, musiqi, qida, qonaqpərvərlik – hər şey inanılmaz idi.
Azərbaycanın paytaxt küçələrində gəzərkən hər zaman ağlayıram. Ölkənin bütün qədim tarixini hiss edirəm, gözlərim yaşla dolur, bu, xüsusilə İçərişəhərdə hiss olunur. Bakını o qədər çox sevirəm ki, fikirləşirəm burada qalım, yaşayım və işləyim”, – deyərək Rober Osseyn bildirib.
Azərbaycanda keçirilən İlk Avropa Oyunlarından danışan aktyor, bu hadisənin Azərbaycan, həmçinin bütün Avropa üçün önəmindən danışıb. “Möhtəşəm hadisənin bir hissəsi olmaqdan, Avropa Oyunlarında məşəl daşımaqdan qürur duyuram”.
Rober Osseyn II Dünya müharibəsi haqda tamaşaya quruluş verməyə hazırlaşdığını bildirib. Həmin tamaşada fransız və azərbaycanlı əsgərlərin taleyindən bəhs olunacaq.
Qeyd edək ki, bu, Rober Osseynin Azərbaycana ilk səfəri deyil. Daha əvvəl o, iki dəfə, 2013-cü və 2014-cü illərdə Azərbaycanda olub.
İsa Şükürov
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”




































